Haqqımızda

Biz kimik:

MRD Tekstil – müasir standartlara cavab verən xüsusi geyim, işçi geyimləri, promo geyimlər, otel və ev tekstil məhsullarının, fərdi mühafizə vasitələrinin istehsalını və satışını həyata keçirən ixtisaslaşmış komandadır. Bütün məhsullar beynəlxalq standartlara tam cavab verən müasir və yüksək dəqiqlikli avadanlıqlardan istifadə etməklə istehsal olunur. Mütəxəssislərimiz, tələbə uyğun dizayn və modellərin üzərində işləyir, müştərilərimizin istəklərini nəzərə almaqla bütün keyfiyyət standartlarına uyğun məhsulların hazırlanması üzərində çalışır. Müştərilərimizə tələblərinə uyğun olaraq, yağ və su itələyici, turşuya davamlı, antistatik, antibakterial, alova davamlı və digər texniki parçalardan istifadə edərək, işçilərinizin təhlükəsizliyini tamamilə təmin edəcək lazımi iş geyimlərinin istehsal və satışını təklif edirik.

MRD Tekstil bütün Azərbaycan üzrə xidmət göstərir, məhsulların müştərilərimizin anbarına kimi çatdırılmasını təmin edirik.